AFK şirkəti dünyada ən böyük restoranlardan biri olan KFC restoranını açdı.

Dünyada aparıcı brendlərin ənənələrinə sadiq riayət edərək AFK şirkəti dünyada ən böyük restoranlardan biri olan KFC restoranını açdı. Bu geniş miqyaslı layihənin açılışı 27 oktyabr 2012-ci il tarixində baş tutdu. Açılış mərasiminə Aygün Kazımova, Natiq Rythm Group, futbol fristaylerləri və digər qonaqlar dəvət olunmuşdurlar. Tamaşaçılara binanın ön tərəfində 3D işıq şousu nümayiş etdirilmiş, sonda isə təşkilatçılar Bakının gecə simasında bayram salyutu təşkil etmişlər.

Bakının ən gözəl və möhtəşəm binalarından biri, mədəni irs abidəsi olan Sabunçu vağzalı 1926-cı ildə inşa edilmişdir. Bu məkan Azərbaycanın keçmiş və bugünkü mədəniyyəti və inkişafını birləşdirən bir körpüyə çevrilmişdir. Qeyd etmək lazımdır ki, bərpa işləri binanın ilkin daxili və xarici görünüşünü qoruyub saxlamaq şərti ilə həyata keçirilmişdir. Müasir avadanlıqla təchiz olunmuş və dünya standartlarına uyğun bəzədilmiş zalda 300 oturacaq yer mövcuddur. Tarix və müasirliyin sintezini özündə cəmləşdirən KFC restoranı qonaqlarına rahatlıq hissi bəxş edir. Birinci mərtəbədə yerləşmiş iki səviyyəli uşaq meydançası uşaqların maraqlı vaxt keçirmələrini təmin edəcək və onların valideynlərini sevindirəcək.

Rahat və müasir KFC restoranının dadlı və ləzzətli toyuq yeməkləri, professional işçi heyəti və mehriban mühiti şəhər sakinləri və qonaqlarının yolunu gözləyir

Açılış video