Kimsəsiz uşaqlar üçün Bakıda xeyriyyə aksiyası
13 dekabr 2014-cü il tarixində AFK (KFC) Bakcell şirkətinin Ulduzum və Korporativ Sosial Məsuliyyət proqramları çərçivəsində 100 nəfərə qədər xüsusi qayğıya ehtiyacı və əlilliyi olan və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün xeyriyyə tədbiri keçirib.
Tədbirdə Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının və Bakı şəhəri, Xətai rayonu 3 saylı uşaq evinin yetirmələri iştirak ediblər. Tədbir Ulduzum proqramının tərəfdaşları olan 28 Cinema və KFC şirkətlərinin dəstəyi ilə keçirilib.
Uşaqlar 28 Cinema-da cizgi filmini izlədikdən sonra KFC- nin 28 may filialında nahar ediblər. Tədbirin sonunda uşaqlara Bakcell Ulduzum proqramı tərəfindən hədiyyələr təqdim olunub.

© KFC International Holdings Inc.